Bakıda 36 yaşlı qadın itkin düşüb


18:04     10 Fevral 2019 19_02_10_1549807505.jpg

Bakıda qadın itkin düşüb. Hadisə paytaxtın Binəqədi rayonunda baş verib.
Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yaşayan, 1975-ci il təvəllüdlü Vaqif Babayev polisə müraciət edərək bildirib ki, fevralın 8-də səhər saat 10 radələrində onunla birgə yaşayan həyat yoldaşı, 1983-cü il təvəllüdlü Şəfa Babayeva yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalar aparılır. (Trend)

Açar sözlər:

Oxunub: 431