Ərdoğan tələbə qızın xahişini yerə salmadı – Video


18:17     10 Fevral 2019 2019/02/2019-02-09_124014_1549807972.jpg

Türkiyənin Sivas şəhərində keçirilən mitinqlərə qatılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mitinqdən sonra yanına gələn tələbə qızı qəbul edib.


Dövlət başçısı ilə tələbə arasında səmimi söhbət baş tutub. Tələbə Ərdoğana öz telefonunu uzadaraq, valideynləri ilə danışmasını xahiş edib.

Türkiyə prezidenti tələbənin xahişini yerə salmayıb, gənc qızın atası və nənəsi ilə danışıb. Xəstə olduğu üçün mitinqə qoşula bilmədiyini söyləyən nənə Ərdoğana xeyir-dualarını çatdırıb.

Ərdoğan söhbət zamanı tələbə qızın atasına “Maşallah, nə şirin qızın var” deyə zarafat edib.

Açar sözlər:

Oxunub: 791