Hindistanda üç gündə 100-ə yaxın insan alkoqoldan ölüb


18:50     10 Fevral 2019 19_02_10_1549808869.jpg

Hindistanın Uttar-Pradeş və Uttarkxand ştatlarından son üç gündə 97 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, yerli hakimiyyətin yaydığı məlumata görə, fevralın 7-də bir neçə kəndin sakini Ballupur kəndində toplaşaraq spirtli içki qəbul edib. Növbəti gün sakinlərin səhhətlərində pisləşmə qeydə alınıb.

İlk ölüm halından sonra araşdırma başlayıb. Əməliyyat nəticəsində yerli polis qeyri-leqal yolla istehsal olunan 10 min litrdən çox alkoqollu içki aşkar edib. İki yüzdən çox insan saxlanılıb, bəzi vəzifəli şəxslər isə işdən azad ediliblər.

Açar sözlər:

Oxunub: 342