İranda 5,2 ballıq zəlzələ oldu - Yaralılar var
19:15 10 Fevral 2019

İranın cənubundakı Hörmüzgan əyalətində 5,2 bal gücündə zəlzələ baş verib.
Femida.az İran KİV-nə istinadən xəbər verir ki, nəticədə üç nəfər yaralanıb. Onlardan biri 17 yaşlı qızdır. Bütün zərərçəkənlər həmin rayon ərazisindən çıxarılaraq xəstəxanalara yerləşdiriliblər.
Xilasetmə qurumunun nümayəndəsi bildirib ki, zəlzələ ocağı yerin 10 kilometr dərinliyində qeydə alınıb. Yeraltı təkanlar zamanı 15 yaşayış evinə zərər dəyib.
Oxunub: 139