İstanbulda 10 binanın sakinləri təxliyə olunub


19:33     10 Fevral 2019 19_02_10_1549811036.jpg

İstanbulun Kartal rayonunda çökən binanın ətrafındakı 10 binanın da sakinləri təxliyə olunub.
Binaların tikintisi zamanı istifadə edilən nümunələrin araşdırılması zamanı tikililərin təməl betonunda çınqıl və dəniz qumuna rast gəlinib.

Binaların tikintisində dəniz qumundan istifadə edildiyi ehtimal olunur. Araşdırma davam edir.

Xatırladaq ki, fevralın 6-da İstanbulda yaşayış binası çöküb. Binadakı 14 mənzildə 43 nəfər qeydiyyatda olub. Uçqun nəticəsində 21 nəfər ölüb.

Açar sözlər:

Oxunub: 334