Afrikada BMT vertolyotu qəzaya düşüb - 4 nəfər ölüb


19:55     10 Fevral 2019 19_02_10_1549811278.jpg

BMT-nin Sudanın Abey şəhərində təhlükəsizliyi təmin etməkdən məsul olan Müvəqqəti Qüvvələrinə məxsus vertolyot qəzaya uğrayıb.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində dörd nəfər ölüb. Qəza eniş zamanı yaşanıb, lakin hansı səbəbdən baş verməsi hələlik bilinmir.

Qeyd edək ki, Abey şəhəri Şimali və Cənubi Sudan arasındakı mübahisəli ərazidir. Lakin nəzarət şimaldakı hökumətin əlindədir.

Açar sözlər:

Oxunub: 475