82 yaşlı prezident namizədliyini yenə irəli sürür - Əlil arabasında gəzir


20:33     10 Fevral 2019 19_02_10_1549815121.jpg

Əlcəzair prezidenti Abdüləziz Buteflika növbəti prezident seçkilərində də namizədliyini irəli sürəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı qərarını xalqa xüsusi müraciətində açıqlayıb.

Qeyd edək ki, Buteflika dörd dəfə (1999, 2004, 2009 və 2014) Əlcəzairin prezidenti seçilib. Bu müddət ərzində o, hökumətlə islamçılar arasında silahlı qarşıdurmanı dayandırmağa, təhlükəsizliyi təmin etməyə və ölkəyə xarici investisiyanı qaytarmağa nail olub.

Seçkilərin ilk turu aprelin 18-də baş tutacaq. O zaman Buteflikanın 82 yaşı tamam olacaq.

Bununla yanaşı, onun siyasi opponentləri hesab edirlər ki, Buteflika səhhəti ilə əlaqədar ölkəni idarə etmək gücündə deyil.

Xatırladaq ki, 2013-cü ildə dövlət başçısı Fransa xəstəxanalarından birində keçirdiyi mikroinsulta görə bir neçə həftə yatmalı olmuşdu. Həmin vaxtdan bəri o, çox nadir hallarda publika qarşısına çıxır və əlil arabası ilə hərəkət edir.

Açar sözlər:

Oxunub: 499