İranla sərhəddə insident - ÖLƏN VAR
09:38 11 Fevral 2019
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.
DSX-dən Femida.az-a verilən məlumata görə, 11 fevral tarixində saat 00:10 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Buravar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası istiqamətində hərəkət edən 1 nəfər naməlum şəxs müşahidə olunub.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucusu təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin həmin şəxs əmrə tabe olmayaraq İran İslam Respublikası istiqamətində geriyə doğru qaçıb.
“Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olunub və sərhəd pozucusu aldığı güllə yarasından hadisə yerində ölüb.
Sərhəd nümayəndəliyi xətti ilə İran İslam Respublikasının sərhədçilərinə hadisə barədə dərhal məlumat verilib.
Sərhəd pozucusunun üzərinə baxış zamanı Azərbaycan Respublikasının vətəndaşı 1968-ci il təvəllüdlü Seyfullayev Zülfüqar Hüseynqulu oğluna məxsus Azərbaycan Respublikasının ümumvətəndaş pasportu, hadisə yerinə ilkin baxış zamanı isə 1 ədəd gecə görmə cihazı aşkar olunub.
Hazırda Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.
Femida.az
Oxunub: 802
Oxşar xəbərlər
- İranla İraq arasında diplomatik gərginlik artır
- İranla sərhədimizdə 3 minə yaxın mina tapılıb
- İranla "Taliban" arasında ticarət əlaqələrini davam etdirməyə dair razılıq əldə olunub
- İranla sərhəddə atışma olub - Ölən var
- İranla sərhəddə insident olub, narkotik alverçiləri saxlanılıb - FOTO
- İranla sərhəddə nəzarəti gücləndirildi
- İranla sərhəddə silahlı insident
- İranla sərhəddə insident: 1 sərhədçi bıçaqlandı
- İranla sərhəddə insident: DSX-nın əsgəri yaralandı
- İranla sərhəddə meyiti tapılan şəxs KİMDİR? - TƏFƏRRÜAT