Azərbaycan səmasında uçan naməlum obyekt qeydə alınıb - VİDEO
10:23 11 Fevral 2019
Azərbaycan səmasında uçan naməlum obyekt qeydə alınıb.
Femida.az xəbər verir ki, Xezerxeber.az-ın məlumatına görə, uçan naməlum obyekt Bakı-Siyəzən avtomobil yolunun 95-ci kilometliyində yerləşən Beşbarmaq dağının yaxınlığında qeydə alınıb. Bu barədə həmin ərazidə olan vətəndaşlardan biri naməlum uçan obyektin fotosunu çəkərək sosial şəbəkədə paylaşıb. O iddia edib ki, fotoda əks olunan obyekt heç bir kompüter proqramı vasitəsilə montaj olunmayıb.
Görüntü ilə tanış olan astroloq Firudin Qurbansoyun sözlərinə görə, ərazidə mobil telefonla qeydə alınan həqiqətən də naməlum uçan obyekt olub. O, naməlum uçan obyektlərin bura gəlməsinə səbəb kimi isə bu ərazinin planetar enerji mərkəzi olmasını göstərir.
Firudin Qurbansoy bildirir ki, uçan naməlum obyektlər sürətlə gələrkən əvvəlcə arxalarında iz buraxırlar. Bu fotoda da həmin izlər əks olunub. Astroloq iddia edir ki, həmin ərazidə, yəni Beşbarmaq dağının yaxınlığında özü də bir neçə dəfə uçan naməlum obyekt görüb.
Qeyd edək ki, bundan əvvəl də iddialara görə, Azərbaycanın müxtəlif ərazilərində uçan naməlum obyektlərin görüntüləri qeydə alınıb.
Oxunub: 2238
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"