Bərdə sakini Bakıda narkotiklə tutuldu


11:01     11 Fevral 2019 hebs_583.jpg

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının paytaxtın Yasamal rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bərdə rayon sakini, əvvəllər məhkum olunan İ.Vəliyevdən çəkisi 1 kiloqramdan artıq heroin və 2 kiloqramdan artıq tiryək aşkar edilərək götürülüb.


DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, faktla bağlı cinayət işi başlanmışdır. İstintaq və əməliyyat tədbirləri aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 316