Piyadanı vurub qaçan iş adamının oğlu imiş - FOTOLAR

Piyadanı vurub qaçan iş adamının oğlu imiş - FOTOLAR


11:16     11 Fevral 2019 2019/02/sny_1549870108.jpg

Bakıda piyadanı öldürərək hadisə yerindən qaçan sürücü Sunay Vəliyevlə bağlı yeni faktlar üzə çıxıb.


Femida.az-ın məlumatına görə, “Mercedes-Benz GLS” markalı, 99-VS-999 dövlət qeydiyyat nişanlı avtomobillə qəza törədən S.Vəliyev “Laçın” Ticarət Mərkəzinin sahibi Məsud Vəliyevin oğludur.
"Facebook" sosial şəbəkəsindəki hesabında paylaşdığı fotolardan da göründüyü kimi, o, bir neçə bahalı avtomobilə sahibdir.

Atası Məsud Vəliyev 2015-ci ilin noyabrın 17-də iş otağında ürəktutmasından vəfat edib.

Qeyd edək ki, Xətai rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatında qeyd olunub ki, fevralın 9-da paytaxtın Xətai rayonu, Zığ yolu küçəsində 1980-cı il təvəllüdlü Sunay Vəliyevin idarə etdiyi “Mercedes-Benz GLS” markalı, 99-VS-999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi vuraraq ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində S.Vəliyev fevralın 10-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.











Açar sözlər:

Oxunub: 537