Ukraynada azərbaycanlıya yüksək vəzifə verildi

Ukraynada azərbaycanlıya yüksək vəzifə verildi


11:32     11 Fevral 2019 2019/02/729467_1549870677.jpg

Ukrayna dövləti Karpat bölgəsinin ekologiya və təbii ehtiyatlar sferasını azərbaycanlıya həvalə edib.


Femida.az xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) İvano-Frankovsk vilayəti üzrə sədri Mətləb Nəcəfovun report-a verdiyi məlumata görə, əslən Azərbaycanın Masallı rayondan olan,1970-ci il təvəllüdlü Riyafət Sadiq oğlu Qasımov Ukraynanın Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin I Karpat Dairəsinin rəisi təyin edilib.

Bu dairə İvano-Frankovsk və Çernovtsı vilayətlərini əhatə edir.

R.Qasımov 1987-ci ildən Ukraynada yaşayır, İvano-Frankovsk Milli Qaz-Neft Universitetini və Ternopil Milli İqtisadiyyat Universitetini bitirb. Elmi nailiyyətlərə malikdir. Bir müddət biznes sahəsində çalışan R.Qasımov daha sonra iki dəfə İvano-Frankovsk Şurasının deputatı olub. Hazırda təyin olunduğu vəzifəsinə qədər isə Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin vilayət strukturunda çalışıb. O, həm də azərbaycanlıların diaspor hərkatında fəaldır.

Femida.az

Açar sözlər:

Oxunub: 171