Beyləqanda FACİƏ - Baba qəza törətdi, nəvəsi öldü


11:38     11 Fevral 2019 qeza_yeni.jpg

Fevralın 9-da saat 19 radələrində Beyləqan rayonunun Qaradağlar kəndi ərazisində şəhər sakini Elbrus Nəcəfov idarə etdiyi “Ford” markalı avtomobili yolun kənarında dayanan Füzuli rayon sakini Şahin Teymurova məxsus “KamAZ” markalı avtomobilə vurub.


DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, nəticədə E.Nəcəfovun sərnişinlərindən azyaşlı nəvəsi Nurcan Nəcəfova hadisə yerində ölüb, digər sərnişini, arvadı Mərziyyə isə xəstəxanaya yerləşdirilib. Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 371