Ermənistan səfirliyinə Mübarizin posteri asıldı - Video
13:27 11 Fevral 2019
Gürcüstanda yaşayan soydaşlarımız bu ölkədə Xocalı soyqırımının iştirakçısı, Qarabağda mülki əhalini qətlə yetirən erməni terrorçu Mixail Avaqyanın büstünün qoyulmasına Mübariz İbrahimovun adı ilə cavab veriblər.
Femida.az xəbər verir ki, Axar.az-a daxil olan məlumatda bildirilir ki, soydaşlarımız Milli Qəhrəman Mübariz İbrahimovun böyük plakatlarını Tiflis şəhərindəki məşhur Sülh körpüsünün üstündən asıblar.
Həmçinin, Tiflisdəki Ermənistan səfirliyinin hasarına Mübariz İbrahimovun böyük posterləri vurulub.
Hadisənin 4 fevral səhər saatlarında olduğu qeyd edilib.
Xatırladaq ki, 20 yanvar 2019-cu ildə Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Abxaziya və Qarabağın işğalında iştirak etmiş, Xocalı soyqırımını törədən cinayətkarlardan olan separatcı Mixail Avaqyana abidə ucaldılıb. Bu addım soydaşlarımızın ciddi etirazına səbəb olub.
Oxunub: 1287
Oxşar xəbərlər
- Ermənistan tərəfindən açılan atəş nəticəsində Azərbaycanın üç hərbçisi yaralanıb
- Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində iki mülki şəxs yaralanıb
- Ermənistan ordusunun itkiləri 150-200 nəfərdir
- Ermənistanda qətl, oğurluq, quldurluq, qarət artıb
- Ermənistanda daha bir xarici ölkə vətəndaşının meyiti aşkarlanıb
- Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yol bağlanıb
- Ermənistanda hərbçilər qəzaya düşüb, 1-i ölüb, 4-ü yaralanıb
- Ermənistanda polis qanunsuzluqdan şikayət edən çinli qadına təcavüz edib
- Ermənistanda Rusiya üstündə atışma olub, 2 hərbçi ölüb, 5 nəfər yaralanıb
- Ermənistanda etirazlara görə 10 nəfər həbs edildi