Azərbaycanda “İnnovasiyalar evi” yaradılacaq

Azərbaycanda “İnnovasiyalar evi” yaradılacaq


14:02     11 Fevral 2019 2019/02/elmir_velizade_070618_1549879288.jpg

Bu il Azərbaycanda “İnnovasiyalar evi”nin yaradılmasına başlanacaq.



Femida.az Trend-ə istinadən xəbər verir ki, bunu "İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu" mövzusunda konfransda nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

O bildirib ki, “İnnovasiyalar evi” hər kəs üçün faydalı olacaq, çünki burada biliklərin transferi mərkəzi fəaliyyət göstərəcək.

Nazir müavini hazırda “Hökumət buludu” texnologiyasının, "DATA mərkəzi"nin yaradılması, internetin inkişafı və tədris müəssisələrində yeni ixtisasların yaradılması üzrə reallaşdırılan layihələri də qeyd edib:

“Bu gün ölkə məlumatlar iqtisadiyyatına keçir. Davos forumunun hesabatlarından birində göstərildiyi kimi, hazırda təhsil alanların 65 faizi gələcəkdə bu gün mövcud olmayan ixtisaslar üzrə işləyəcək. Ona görə də təhsil sahəsində yeni ixtisaslar və texnologiyalar tətbiq etmək vacibdir”.

Açar sözlər:

Oxunub: 192