Bakıda iş yoldaşını qətlə yetirən şəxsə 17 il cəza verildi


14:03     11 Fevral 2019 hokm5.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ərəstun Ərəbovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Femida.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçiirlən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 17 il azadlıqdan məhrum edilib.

İttihama görə, ötən ilin iyul ayında Nəsimi rayonu 3-cü mikrorayon qəsəbəsində Ə.Ərəbov işlədiyi metal qəbulu sexində iş yoldaşı, Bərdə rayonunda müvəqqəti məskunlaşan Laçın rayonundan olan məcburi köçkün 1997-ci il təvəllüdlü Hüseynov Qafar Adıgözəl oğlu arasında mübahisə düşüb. Nəticədə o, iş yoldaşı Q.Hüseynovu küt alətlə vuraraq qətlə yetirib.

Qətlə yetirilən Q.Hüseynov hadisədən 3 gün sonra hərbi xidmətə yola düşəcəkmiş.

Ə.Ərəbov daha əvvəl də adam bıçaqladığı üçün məhkumluq həyatı yaşayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 317