Hakimiyyəti cadu ilə idarə edən dövlət başçıları - İnanılmaz faktlar

Hakimiyyəti cadu ilə idarə edən dövlət başçıları - İnanılmaz faktlar


15:19     11 Fevral 2019 2019/02/1498830634_kto-sglazil_1549884541.jpg

Adi insanlara maraqlı görünə bilər, amma dünya liderləri ta qədimdən cadugərlərə meyilli olublar. İnandıqları, güvəndikləri maqlar daim bu hökmdarların ətrafında dolanıb, onları baş verəcək hadisələrdən xəbərdar və ya mühafizə ediblər.

Qəribədir ki, fanatik insanlardan daha çox yüksək mövqelər tutmuş rəhbərlər belə şeylərə daha çox inanırlar. Keçmiş zamanlarda da, indi də. Bəzi maqlar isə ona öz kölgəsindən daha çox etibar edən rəhbərlərdən yararlanıb bəzən müstəqil, bəzən də kənar qüvvələrin təsiri ilə dövlət işlərinə müdaxilə ediblər.

Dünya liderlərindən Madlen Olbrayt, Adolf Hitler, İosif Stalin, Leonid Brejnev, Ronald Reyqan, Uqo Çaves və başqaları ətraflarında daim maqlar saxlayıblar.

Bəzən maqlar öz “sahib”lərini sonralar ələ verir, onların qorxularını, gizlinlərini aşkara çıxarırlar. Çox vaxt isə rəqib ölkələrin cadugərləri hərəkətə keçərək düşmən tərəfin fikirlərini oxuyur, onu “skan” edərək işlədiyi hökumətə təqdim edirlər. Məsələn, Madlen Olbraytın Rusiya haqqında dediyi xoşagəlməz fikirlər vardı. Xüsusilə sahib olduğu torpaqların heç də Rusiyaya aid olmadığını israr edirdi. Əslində “Dəmir Ledi” muma dönüb hisslərini belə açıq büruzə verməzdi, deməli burada başqa bir əl vardı ki, bu da sonralar üzə çıxmışdı. 2006-cı ildə Rusiya qəzetlərindən birinə sabiq “çekist” müsahibəsində bildirmişdi ki, vaxtilə maqlar Madlen Olbraytın fikirlərini oxuyaraq onun nə düşündüyünü üzə çıxarmışdılar. Ümumiyyətlə, xanım Olbraytın slavyanlara qarşı nifrəti vardı. Düşünürdü ki, Rusiyanın altında olan sərvəti başqa ölkələr də idarə etməlidirlər. Əhalisi isə daim nəzarət altında olmalıdır.




Əslində cadugərlərin təkcə rəqib tərəfə deyil, Rusiya rəhbərlərinə də təsirinin tarixi çox keçmişə dayanır. Bunlar arasında şəxsiyyəti, vəzifəsi hələ də sual doğuran Rasputini dünyada daha yaxşı tanıyırlar. Bəlkə də onun haqqında dolaşan mif və şayiələr Rasputini daha müəmmalı şəxsiyyət kimi tarixə yazdırıb. İmperator II Nikolayın yanında böyük hörmət sahibi olan Rasputin onun hemofiliyadan əziyyət çəkən oğlunu sağaltdıqdan sonra sarayda ad qazanıb və gələcək haqqında reallaşmamış proqnozlar ilrəli sürüb.

Ümumiyyətlə, istər sıravi, istərsə də ali mövqeli olsun, ruslar paranormal qüvvələrə digər milətlərlə müqayisədə daha çox inanırlar. Ekstrasenslər, ağ-qara cadugərlər illərdir ki, Rusiya hökumətinə xidmət göstərirlər. Nikita Xruşşov nəinki Kremldə, hətta şəxsi mühafizəsində belə maqlardan istifadə edirdi. Leonid Brejnev və Mixail Qorbaçovun parapsixioloqları isə elitanın “müalicə”si ilə məşğul olurdular.

Rusiyanın mərhum prezidenti Boris Yeltsin isə sələflərindən xüsusilə seçilirdi. Bu adam tək bir maq deyil, “ordu” saxlayırdı. Məsələn 90-cı illərdə Rusiyanın postsovet ölkələri ilə münsibətində gərginlik yarananda, qərb isə bundan məharətlə istifadə edəndə Yeltsin bütün maqları bir araya yığıb kabinetdəcə enerji şəbəkəsi qurmağı tələb etmişdi. Onların qarşısında belə bir tələb qoyulmuşdu: hadisələrə təsir etmək və onları Rusiyaya lazım olan tərəfə yönləndirmək.

Rusiyanın hazırkı dövründə maqların at oynatmasına imkan verilməsə də, deyilənə görə, qeyri-ənənəvi metodlardan hələ də istifadə olunur. Son vaxtlar bu şayiələr öz rəsmi təsdiqini də tapıb. Belə ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyində ştatla işləyən astroloqlar var. Onlar Rusiya Elmlər Akademiyasının Təbii Elmlər İnstitutunun yaratdığı “Kosmoritmologiya İnstitutu”nun əməkdaşlarıdırlar. Onların parapsixoloji proqramını yönəldən isə əvvəllər texnika elmləri doktoru, professor, Baş Kəşfiyyat İdarəsinin general-leytanantı Firyaz Rəhimoviç Xançeverov olub.

Amma Kremlin ən tanınmış “maq”ı Rusiyanın Federal Xidmət Orqanının rəisi, general-mayor Qriqori Roqozin olub. Roqozin hərbi xitmətindən sonra “KQB”-yə (Milli Təhlükəsizlik Komitəsi) taleyini bağlayıb. Beş il hərbi əks-kəşfiyyatçılığı oxuyandan sonra 1972-1975-ci illərdə xüsusi kafedrada aspirantura təhsilini davam etdirib. 1985-ci ildən isə “KQB”nin əsas mərkəzində işə başlayıb. O, burada xarici xüsusi xidmət orqanlarının kəşfiyyatı zamanı qeyri-ənənəvi üsullardan istifadə etməyə başlayıb. Məlumatları ekstrasenslərin köməyi ilə araşdırıb. Xüsusən də şübhəli bilinən yüksək çinli insanların hipnoz altında dindirilməsi məsələlərinə xüsusi diqqət ayırıb. Özü sonralar verdiyi müsahibəsində etiraf edib ki, parapsixologiya ilə 35 yaşından məşğul olub. Marağı o qədər böyük olub ki, bu sahədə tezliklə peşəkarlaşıb. Hətta onun özü və ətrafında olan parapsixoloqlar özünühipnoz meditasiyasına girərək 135 il əvvələ qədər keçmişi görüblər, o dövrün insanlarını öz gözləri ilə seyr ediblər.

Açar sözlər:

Oxunub: 499


Oxşar xəbərlər