X sinif şagirdi özündən böyük şəxsi bıçaqladı


15:43     11 Fevral 2019 bicaqlanma58.jpg

Şəki rayonunda bıçaqlanma hadisəsi baş verib.



Femida.az report-a istinadən xəbər verir ki, Şəki şəhər sakinləri - 2003-cü il təvəllüdlü Məmməd Əyyubov mübahisə zəminində 2001-ci il təvəllüdlü Nəzir Adil oğlu Abdullazadəni bıçaqlayıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Ona bel nahiyəsinin sağ və sol tərəflərinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Qeyd edək ki, M.Əyyubov Şəki şəhərindəki ümumtəhsil məktəblərindən birinin X sinif şagirdidir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 622