Bakıda silahlı şəxs saxlanılıb - FOTO


16:10     11 Fevral 2019 19_02_11_1549887047.jpg

Paytaxtın Səbail rayonunda polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş paytaxt sakini Zaur Stumbin saxlanılıb.



Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd atəşə yararlı “Naqan” markalı silah və həmin silaha məxsus 9 ədəd 7.62 kalibrli patron aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Z.Stumbin barəsində toplanan materiallar araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Açar sözlər:

Oxunub: 386