Çindən Türkiyəyə uyğurlar barədə ETİRAZ


17:06     11 Fevral 2019 2019/02/1549881186_1549890510.jpg

Çin Türkiyə Xarici İşlər Nazirliyinin uyğurlar üçün “Konsentrasiya düşərgələri” olması barədə iddialarını "iyrənc" adlandırıb.


Bu açıqlama ilə Çin XİN mətbuat katibi Hua Sunin çıxış edib.

“Biz Türkiyə XİN rəsmisinin çıxışına diqqət etdik. Çıxışlar son dərəcə iyrənc idi. Biz bu məsələ ilə bağlı Türkiyə tərəfinə təqdimat vermişik”, - deyə Hua Sunin brifinq zamanı bildirib.

Xatırladaq ki, bir müddət öncə Türkiyə XİN rəsmisi Hami Aksoy Çin tərəfinə etnik uyğurların hüquqlarına hörmət edilərək, onların məcburi saxlama düşərgələrinin bağlanması çağırış edib.

Femida.az

Açar sözlər:

Oxunub: 566