Su qurğularını oğurladılar


18:42     11 Fevral 2019 2019/02/51708267_321400808497538_358050236393848832_n_1549891099.jpg


Sabirabad rayonunda su qurğularını oğurlayan şəxslər saxlanılıb.

Femida.az-ın verdiyi xəbərə görə, fevralın 8-də Sabirabad rayon sakini Azad Soltanova məxsus 1 ədəd su qurğusu oğurlanıb.

Oğurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayonu Qarağac kənd sakinləri Vüqar Hacıyev və Amil Ələkbərov saxlanılıb. Ətraflarında aparılan araşdırma zamanı onların bir neçə cinayət əməlində də iştirakının olduğu müəyyən edilib.

Belə ki, onların müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus ümümilikdə 2 ədəd su qurğusu və 20 metr uzunluğunda mis naqili oğurladıqları müəyyən edilib. Oğurladıqları su qurğularının bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı Qaragüney PB-də araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 360