Azərbaycanda gündəlik neft hasilatı 793 min barrel olub - Yanvarda
17:21 11 Fevral 2019
Azərbaycanda yanvar ayı üzrə gündəlik neft hasilatı 793 min barrel olub.
Energetika Nazirliyindən Femida.az-a verilən məlumata görə, bunun 720 min barrelini xam neft, 73 min barrelini kondensat təşkil edib. Gündəlik 598 min barrel xam neft, 73 min barrel kondensat, 16 min barrel isə neft məhsulları ixrac edilib.
Energetika Nazirliyi yanvar ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
Qeyd edək ki, ötən il orta gündəlik neft hasilatı 792,6 min barrel təşkil edib.
2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən 2019-cu ilin yanvar ayından etibarən Azərbaycan gündəlik hasilatın təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb.
Femida.az
Oxunub: 473
Oxşar xəbərlər
- KİV: Rusiya iqtisadiyyatı sanksiyalara görə 15 il geriləyəcək
- Bu il iqtisadiyyatda çalışanların maaşı 11 % artıb
- Aİ-nin ali nümayəndəsi: “Rusiya iqtisadiyyatına zərər vuracağıq”
- İqtisadiyyat naziri özünə daha bir müşavir təyin edib
- İqtisadiyyat Nazirliyində yeni təyinat olub
- Ermənistan Baş Prokurorluğu İqtisadiyyat Nazirliyində yoxlamalara başlayıb
- Rusiya Ermənistan iqtisadiyyatına 1 milyard dollar sərmayə qoyur
- "Doqquz ayda Azərbaycan iqtisadiyyatı təxminən 5 faiz artıb" - Dövlət başçısı
- “Artıq Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxıb” - İlham Əliyev
- İnqilab astanasında – Sənayenin dördüncü transformasiyası nə ilə möhürlənəcək?