22 nəfərin “donuz qripi”ndən ölməsi təsdiqləndi


20:16     11 Fevral 2019 19_02_11_1549899737.jpg

Gürcüstanda builki qrip mövsümündə "donuz qripi" adlandırılan A (H1N1) virusundan 22 nəfər ölüb.

Femida.az Report-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze jurnalistlərə bildirib.

O deyib ki, ölkədə qripə yoluxma halları azalır: "Son məlumatlara əsasən, 100 min sakinə 186 yoluxma halı düşür. Yoluxmanın pik həddində bu göstərici 277 nəfər təşkil edib".

A.Qamkrelidze qeyd edib ki, kəskin respirator xəstəliklərlə bağlı xəstəxanalara yerləşdirilmə hallarında da azalma qeydə alınıb: "Ötən həftə bu göstərici 21 faiz idisə, bu həftə artıq 18,2 faiz təşkil edir. Bu, onu göstərir ki, vəziyyət yaxşılığa doğru gedir".

Açar sözlər:

Oxunub: 447