6 otaqlı ev yanıb


22:32     11 Fevral 2019 yangin_38673636.jpg

Ağdaş rayonunda yanğın olub.

Femida.az FHN-in saytına istinadən xəbər verir ki, ümumi sahəsi 198 m² olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün, 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və ev əşyaları 87 m² sahədə, 1-ci mərtəbəsində pilləkən qəfəsi 19 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 357