Ali təhsillə bağlı MÜHÜM QƏRAR


09:06     12 Fevral 2019 19_02_12_1549948779.jpg


Azərbaycanda ali təhsilin səviyyələri üzrə bəzi ixtisaslaşmalarda dəyişikliklər edilib.

Femida.az-ın məlumatına görə, Nazirlər Kabinetinin qərarı əsasında “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nda Azərbaycan dili və ədəbiyyatı müəllimliyi olan birinci hissə ləğv edilib.

“Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı” adlı sənədin adında da dəyişiklik edilib və burada ixtisaslaşmalar (bakalavriat səviyyəsinə aid olan 1-ci hissə ləğv edilməklə) yalnız magistratura səviyyəsinə aid edilib.

Bu Qərar 2019-cu il 15 sentyabr tarixindən qüvvəyə minəcək.

Femida.az

Açar sözlər: təhsil   ali  

Oxunub: 703