Azərbaycanın yeni döyüş gəmisinin görüntüləri yayıldı


10:10     12 Fevral 2019 2019/02/president_tufan_130117_11_1549951907.jpg

Azərbaycanda istehsal edilən daha bir hərbi gəmi ölkə sərhədlərinin müdafiəsinə başlayıb. Dövlət Sərhəd Xidmətinin gəmi inşası və təmiri mərkəzində inşa edilən və ən müasir silahlarla təchiz edilən ''Tufan'' tipli sərhədçi gəmisi bir çox üstünlükləri ilə diqqət çəkir. Bu gün əməkdaşlarımız yeni istismara verilən həmin gəmi ilə tanış olub, üstünlükləri ilə maraqlanıb.



Müxtəlif təyinatlı silah sursat, ən müasir radio rabitə avadanlıqları ilə təchiz edilmiş Azərbaycanda gəmisi. Ötən ay Dövlət Sərhəd Xidmətinin silahlanmasına qəbul edilən bu nəhəng gəmi artıq ölkəmizin su sərhədlərinin mühafizəsində istifadə edilir.

Bu gəmi rahat manevr və qısa zamanda sürətlənmə imkanları ilə də sələflərindən seçilir.

Gəmi ən müasir rabitə avadanlıqları ilə təchiz edildiyindən həm birgə əməliyyatların, həm də fərdi əməliyyatlarının icrası zamanı əvəzsiz rol oynar.

Gəmidə səxsi heyyətin rahat istirahəti üçün tam təchizatlı otaqlar hazırlanıb və hər bir otağın tərkibində sanitar qovşaq mövcuddur. Eyni zamanda daxili havalandırma sistemi ilə gəmidəki tempraturu hər zaman stabil saxlamaq mümkün olur. Qeyd edək ki, Xəzər dənizində Azərbaycana məxsus 6 ''Tufan'' tipli gəmi üzür.

Femida.az Xəzər TV-yə istinadən gəminin görüntülərini təqdim edir:

Açar sözlər:

Oxunub: 792