Əməllərini mandarinlə gizlətdi - VİDEO

Əməllərini mandarinlə gizlətdi - VİDEO


11:20     12 Fevral 2019 2019/02/mandarin_1549956331.jpg

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.



Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, baxışdan əvvəl şifahi sorğu-sual edilən vətəndaş ona məxsus nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya bəyan olunmayan hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin yük yerində gizlədilən, üzərində "King" yazısı olan 3400 ədəd tütün məmulatı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.



Femida.az

Açar sözlər:

Oxunub: 459