Gəncədə zəncirvari yol qəzası olub, yaralılar var


11:51     12 Fevral 2019 Qeza2.jpg

Gəncə şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.



Femida.az Report-a istinadən bildirir ki, hadisə zamanı 4 avtomobil toqquşub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb edilib.

Yaralılar "təcili yardım" maşınları ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 346