Oğru ev sahibini bıçaqladı - Bakıda
12:37 12 Fevral 2019
DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə yanvarın 19-da Zığ qəsəbəsi ərazisində baş vermiş quldurluq faktı barədə müraciət daxil olub.
DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, dərhal Suraxanı RPİ 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla qəsəbə ərazisindəki evlərin birinə pəncərənin şüşəsini sındırmaq yolu ilə girmiş şəxsin oradan 20 manat pul və gümüş əşyalar götürdükdən sonra ev sahibi ilə rastlaşdığından onun qol nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk etməsi müəyyən edilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş N.Mustafazadə müəyyən edilərək polis əməkdaşları tərəfindəın saxlanılıb. Ətrafında aparılmış tədbirlərlə onun 2 evdən televizor və kompyuter oğurlaması da müəyyən edilib. Araşdırma aparılır.
Femida.az
Oxunub: 448
Oxşar xəbərlər
- Oğru sahibləri Rusiyada yaşayan evləri hədəf seçdi
- Oğru narkotiklə tutuldu
- Oğru iş başında yaxalandı
- Oğruların evə girərkən axtardıqları 10 ƏN ƏSAS YER
- Oğru “Pitbull” saxlanıldı
- Oğrunun digər cinayətlərinin üstü açıldı
- Oğru qadının digər cinayəti üzə çıxdı
- Oğru qadın tutulub
- Oğrular tutuldu
- Oğru qadının daha bir cinayəti açıldı