Polislərin təlim-məşq toplantısı keçirilib


12:58     12 Fevral 2019 2019/02/51567-1549961245_1549961968.jpg

Şəxsi heyətin fiziki hazırlığının yüksəldilməsi, əlbəyaxa döyüş növlərinə daha yaxşı yiyələnmələri məqsədi ilə DİN İdman Cəmiyyətində fevralın 4-dən 8-dək Bakı Şəhər Baş Polis İdarəsinin və tabeli qurumların əməkdaşları ilə növbəti təlim-məşq toplantısı keçirilib.


DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, toplantıda silahsız özünümüdafiə və əlbəyaxa döyüş növləri üzrə təlimlərin aparılmasının başlıca prinsipləri açıqlanıb, hər bir əməkdaşın müvafiq proqrama yiyələnməsinin əhəmiyyəti nəzərə çatdırılıb.
Sonra şəxsi heyətin həmin fənləri mənimsəmələrinin səviyyəsinin yoxlanılması məqsədilə təlimdə iştirak edən 51 əməkdaş öz bacarığını nümayiş etdirib.

İdman təlimi bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov polis orqanlarında çalışan əməkdaşlarla əlbəyaxa döyüş növləri üzrə təlim məşqləri aparılmasının vacibliyindən danışaraq qeyd edib ki, il ərzində davam edəcək təlim müddətində DİN İdman Cəmiyyətinin təcrübəli əməkdaşları fiziki hazırlıq məşğələlərinin səmərəsinin artırılması barədə belə tədbirləri davam etdirəcəklər.

O bildirib ki, paytaxtımızla yanaşı bölgələrdə ərazi polis orqanlarının şəxsi heyəti ilə mütəmadi olaraq aparılan fiziki hazırlıq məşğələlərinin səmərəliyinin artırılması, əməkdaşların silahsız özünümüdafiə fəndlərinə daha yaxşı yiyələnmələri üçün müvafiq tapşırıqlar verilir. Təlimin keçirilməsində DİN İdman Cəmiyyətinin əməkdaşları, polis kapitanı Aydın Həşimov və polis baş serjantı Hakim Hacıyev yaxından iştirak ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 537