Azərbaycanda "gənc alim və tədqiqatçı" anlayışı dəqiqləşdirilib
14:57 12 Fevral 2019
Azərbaycanda "gənc alim və tədqiqatçı" anlayışı dəqiqləşdirilib.
Femida.az bildirir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Gənclər siyasəti haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliklərə əsasən, qanuna "gənc alim və tədqiqatçı" anlayışı əlavə edilir.
Gənc alim və tədqiqatçılar yaşı 35-dən çox olmayan alim və tədqiqatçılar hesab olunacaqlar. Onların elmi fəaliyyətinin dəstəklənməsi dövlətin gənclərin siyasətinin həyata keçirilməsi sahəsində əsas vəzifələrindən biri olacaq.
"Gənclər siyasəti haqqında" qanunun hazırkı variantına görə, gənclər yaşı 14-dən 29-dək olan şəxslər, gənc ailələr yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideynlər hesab edilirlər.
Qanunda hansı yaşdan olan şəxslərin "gənc alim" hesab edilməsi isə dəqiqləşdirilməyib.
Yeni layihədə gənclik yaşı, eyni zamanda "gənc ailə" anlayışı olduğu kimi saxlanılıb, buraya yalnız kimlərin "gənc alim" hesab edildiyi əlavə edilib.
Dəyişikliklər müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.
Femida.az
Oxunub: 424
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib