Xəzərin sahil zolağı plastik tullantılardan təmizləndi
15:11 12 Fevral 2019
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Bilgəh çimərliyinin bir hissəsində dəniz sahilinin plastik tullantılardan təmizlənməsi və toplanaraq təkrar emala göndərilməsi məqsədilə iməcilik keçirilib.
Nazirliyin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, iməcilikdə ETSN-nin əməkdaşları, Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts, səfirliyin nümayəndələri və "Azərsun Holdinq" MMC-nin texniki heyəti iştirak edib.
Plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması, tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsi və əhalinin bu istiqamətdə maarifləndirilməsi məqsədilə keçirilən aksiyada 5 hektardan artıq sahil zolağı plastik tullantılardan təmizlənib və yenidən emal məqsədilə aidiyyəti üzrə daşınıb.
Qeyd edək ki, ölkə Prezidentinin "Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında sərəncamına uyğun olaraq ETSN tərəfindən plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması, alternativ qablaşdırma materiallarından istifadənin genişləndirilməsi məqsədilə maarifləndirici aksiyalar keçirilir, təbliğat işləri davam etdirilir.
Femida.az
Oxunub: 557
Oxşar xəbərlər
- Xəzərin sahilindəki istirahət mərkəzlərindən biri cərimələnib
- Xəzərin Azərbaycan sektorunda 6 ədəd gəmi minası aşkarlanıb, hərəkət dayandırılıb
- Xəzərin sahilində 20-dən çox suiti ölüsü aşkarlanıb
- Xəzərin sahilində bir neçə istirahət mərkəzi cərimələndi - SİYAHI
- Xəzərin sahil zolağını çirkləndirən şəxs cəzalandırılıb
- Xəzərin sahilində keçirilmiş növbəti monitorinqin nəticələri
- Xəzərin sahili sintetik torlardan təmizlənir
- Xəzərin sahilini hasarlayan vətəndaşa yazılan cərimə ləğv edilib - MƏHKƏMƏ
- Xəzərin dibində seysmoloji stansiyalar quraşdırılacaq
- Xəzərin sahilində böyük iməcilik keçiriləcək