“Arxadan badalaq verdi yıxıldım” - Bakıda telefon oğrusu saxlanıldı (VİDEO)


15:48     12 Fevral 2019 2019/02/729875_1549972742.jpg

Nərimanov rayonunda paytaxt sakini Şahin Mikayılova zor tətbiq edilərək mobil telefonu və 183 manat pulu əlindən alınıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, zərərçəkən bu barədə ərazi üzrə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə məlumat verən kimi hadisəni törədən şəxsin axtarışlarına başlanılıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Tərtər rayon sakini Amil Məmmədov saxlanılıb.

Şahin Mikayılov - Zərərçəkən: "Mənə dedi ki, Nərimanova gedək, xalam oğlugildə çantam var. Arxadan badalaq verdi yıxıldım. Əlinin içiylə vurdu. Telefonu və pulu götürüb qaçdı".

Amil Məmmədov - Saxlanılan şəxs: "Metroda telefonu götürüb danışmışam. Pilləkəni park tərəfdən qalxanda qaçmışam".

Saxlanılan şəxsin ətrafında keçirilən əlavə tədbirlərlə onun Binəqədi rayonu ərazisində də oğurluq etdiyinə görə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olduğu müəyyən edilib. Həmçinin A.Məmmədovun Nərimanov rayonunda daha bir mobil telefonunu dələduzluq yolu ilə ələ keçirdiyi də məlum olub.

Faktla bağlı 18-ci Polis Şöbəsində toplanan materiallar Nərimanov RPİ-nə göndərilib.

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə, Nərimanov RPİ və ya 18-cı Polis Şöbəsinə müraciət edə bilərlər.



Femida.az

Açar sözlər:

Oxunub: 555