Azərbaycanda qrip virusu ilə bağlı SON DURUM - Baş infeksionist AÇIQLADI
16:11 12 Fevral 2019
“Azərbaycanda qrip virusu ilə bağlı vəziyyət sabitləşib”.
Bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib.
Onun sözlərinə görə, Azərbaycanda adi qrip virusu yayılıb və insanların vahiməyə düşməsinə heç bir əsas yoxdur:
“Ölkədə bu günə qədər qripdən ölüm faktı qeydə alınmayıb. İndiki qrip virusu aparılan müalicə tədbirlərinə tabe olur. Doğrudur, qrip virusu əleyhinə effektiv müalicə vasitəsi yoxdur. Amma, hər halda, həkim məsləhəti altında müalicənin aparılması müsbət nəticə verir. Xəstəlikdən insanlar həm özlərini, həm də ətrafdakıları qorumalıdırlar. Yüngül formada keçən xəstəlik ev şəraitində, ağır formada olan isə xəstəxana şəraitində müalicə olunmalıdır”.
C.İsayev valideynləri uşaqlarının yalnız qrip deyil, digər respirator virus infeksiyalarına yoluxduğu halda, onları məktəbə buraxmamağa çağırıb:
“Bu cür uşaqların dərsə getməsi həm özünün vəziyyətinin ağırlaşmasına, həm də digər uşaqların yoluxmasına səbəb ola bilər”.
Qeyd edək ki, Tbilisidə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hepatit mövzusuna həsr olunmuş regional konsultativ görüşü keçirilir. Azərbaycanı tədbirdə ölkənin baş infeksionisti C.İsayev təmsil edir. / Report
Femida.az
Oxunub: 563
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib