49 min dollar oğurladı - "Haram pul istəmirik" deyərək geri qaytardı
16:15 12 Fevral 2019
Balakən sakininin evindən 49 min ABŞ dollarını oğurlayan şəxs və yaxud şəxslər yarım aydan sonra oğurladıqları pulları geri qaytarıblar.
Femida.az-ın Report-a istinadən məlumatına görə, hadisə yanvar ayının 25-i rayonun Qullar kəndində baş verib. Belə ki, kənd sakini Sabir Teliyev yaşadığı evdən nəməlum şəxs və yaxud şəxslər tərəfindən 49 min ABŞ dollarının oğurlanması ilə bağlı Balakən rayon Polis Şöbəsinə müraciət edib. Elə həmin gündən Balakən Rayon Polis Şöbəsi tərəfindən S.Teliyevin yaşadığı ünvandan küllü miqdarda pulu oğurlayan şəxs və yaxud şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Lakin hadisə baş verən gündən 15 gün sonra qəribə olay baş verib. S.Teliyevin yaşadığı evdən 49 min ABŞ dollarını oğurlayan şəxs və yaxud şəxslər oğurladıqları pulun məbləğini tam şəkildə “Biz haram pul istəmirik” məzmununda məktubla birlikdə həyətyanı sahənin hasarından içəri tullayıblar.
Oğurlanan pul həyətə tullanılan zaman vəsaitin 29 mini ABŞ dolları şəklində, qalan hissəsi isə Azərbaycan manatı ilə olub.
Araşdırmalar davam etdirilir.
Femida.az
Oxunub: 774
Oxşar xəbərlər
- Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşır
- Azərbaycan nefti 6 dollardan çox bahalaşıb
- Qubada içərisində 125 min manat və 10 min dollar pul olan seyf oğurlanıb
- Bill Qeyts xeyriyyə fonduna 20 milyard dollar bağışlayıb
- AİB Ukraynaya əlavə 700 milyon dollar ayıracaq
- Ukrayna ABŞ-dan əlavə 50 milyon dollarlıq silah və texnika alacaq
- Rusiya İlan adasında 915 milyon dollarlıq texnika itirib
- Azərbaycan nefti 3 dollaradək bahalaşıb
- Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb
- Ukrayna Rusiyanın 7 milyon dollarlıq daha bir PUA-sını məhv edib