İki nəfərdən tüfəng götürülüb


18:09     12 Fevral 2019 19_02_12_1549976536.jpg

Aparılmış profilaktiki tədbirlər nəticəsində Ağdam rayonunun Mahrızlı kənd sakini C.İsmayılov müvafiq sənədləri olmayan nömrəsi silinmiş “TOZ-8” markalı ov tüfəngini könüllü olaraq RPŞ-yə təhvil verib.


Femida.az DİN-in saytına istinadən xəbər verir ki,Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində Axtaçı Muğan kənd sakini Y.Mehdiyevin evindən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Açar sözlər:

Oxunub: 462