Koçaryan barəsində əlavə cinayət işi açıldı
21:08 12 Fevral 2019
Ermənistanın sabiq prezidenti Robert Koçaryana qarşı yeni ittiham irəli sürülüb.
Femida.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Xüsusi İstintaq Xidməti tərəfindən iş adamı Silva Ambartsumyanın şikayəti əsasında Koçaryana “külli miqdarda rüşvət alma” maddəsi ilə cinayət işi açılıb.
Ambartsumyan 2008-ci ildə ərəblərlə iş qurmasına mane olmamaq üçün sabiq prezidentə rüşvət verdiyini deyib. Qarşı tərəf isə bu iddiaları rədd edib. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Robert Koçaryan 2008-ci ilin 1 mart hadisələri ilə əlaqədar açılan cinayət işi çərçivəsində Ermənistanın konstitusiya quruluşunu devirməkdə təqsirli bilinərək həbs olunub.
Femida.az
Oxunub: 365
Oxşar xəbərlər
- Koçaryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi
- Koçaryan koronavirusa yoluxub
- Koçaryana bəraət verilib
- Koçaryan Paşinyanı məhkəməyə verdi
- Koçaryanın məhkəməsi təxirə salındı
- Koçaryanın ofisi yaxınlığında atışma
- Koçaryanın məhkəməsinin vaxtı yenə dəyişdi
- Koçaryan həbsdə qaldı
- Koçaryan həbsxanaya qaytarıldı
- Koçaryan əməliyyat olundu