Koçaryan barəsində əlavə cinayət işi açıldı


21:08     12 Fevral 2019 2018/09/kocaryan_1536730210.jpg

Ermənistanın sabiq prezidenti Robert Koçaryana qarşı yeni ittiham irəli sürülüb.

Femida.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Xüsusi İstintaq Xidməti tərəfindən iş adamı Silva Ambartsumyanın şikayəti əsasında Koçaryana “külli miqdarda rüşvət alma” maddəsi ilə cinayət işi açılıb.

Ambartsumyan 2008-ci ildə ərəblərlə iş qurmasına mane olmamaq üçün sabiq prezidentə rüşvət verdiyini deyib. Qarşı tərəf isə bu iddiaları rədd edib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Robert Koçaryan 2008-ci ilin 1 mart hadisələri ilə əlaqədar açılan cinayət işi çərçivəsində Ermənistanın konstitusiya quruluşunu devirməkdə təqsirli bilinərək həbs olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 363