Gürcüstanda azərbaycanlı sabiq icra başçısı vəzifəsindən istefa verib
21:27 12 Fevral 2019
Gürcüstan azərbaycanlılarının yığcam yaşadığı Marneuli rayonunun sabiq meri Temur Abazov vəzifəsindən öz ərizəsi ilə istefa verib.
Femida.az “Report”a istinadən xəbər verir ki, T.Abazovun ərizəsini bu gün vəkilləri Marneuli rayon bələdiyyəsinə təqdim ediblər.
Sabiq mer vəzifəsindən istefa verməsini belə izah edib: “Məhkəmə prosesi hələ davam edəcək və Marneuli rayonunun icra başçısız qalmasını istəmirəm. Yaşanan hadisələr şər-böhtan olub və bu səbəbdən belə bir yerdə fəaliyyətimi dayandırmaq istəyirəm”.
T.Abazov qeyd edib ki, onun adı ilə bağlı olduğu iddia edilən insident ona qarşı təxribat olub: “Mənim heç bir günahım yoxdur və ümid edirəm ki, məhkəmə barəmdə ədalətli qərar qəbul edəcək”.
T.Abazovun istefa ərizəsi qəbul olunandan sonra Marneuli rayonunda yaz aylarında icra başçısı seçkilərinin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, T.Abazov 2017-ci ildə yerli idarəetmə orqanlarına keçirilmiş seçkilərdə qalib gələrək Marneulinin icra başçısı seçilib. O, 2018-ci il iyunun 13-də Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. Ötən il dekabrın 13-də T.Abazov 10 min lari məbləğində girov müqabilində azadlığa buraxılıb.
T.Abazov Gürcüstanın müstəqillik tarixində yüksək vəzifəyə seçilmiş ilk etnik azərbaycanlı olub.
Femida.az
Oxunub: 414
Oxşar xəbərlər
- Gürcüstanda matəm elan olunub
- Gürcüstanda qətl törədən azərbaycanlı gənc saxlanılıb
- Gürcüstanda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb
- Gürcüstanda azərbaycanlı gəncin meyiti tapılıb, yaxınları öldürüldüyünü iddia edir
- Gürcüstanda iki dəfə zəlzələ olub
- Gürcüstandan iki nəfər Azərbaycan vətəndaşı deportasiya edilib
- Gürcüstanda hərbi bazada hərbçinin meyiti aşkarlanıb
- Gürcüstanda 20 ildir axtarılan şəxs Azərbaycanla sərhəddə həbs edilib
- Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq
- Gürcüstanda azərbaycanlıların toyundan sonra qarşıdurma olub, xəsarət alanlar var