Aksiyaçıları döyən polis həbs edildi


22:22     12 Fevral 2019 19_02_12_1549994721.jpg

Kiyevin Peçersk məhkəməsi polis bölməsində saxlanılan mitinqçilərin döyülməsində şübhəli bilinən hüquq-mühafizə orqanının əməkdaşını həbs edib.


Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, polis əməkdaşı vəzifə səlahiyyətlərini aşmaqda günahlandırılır. Şənbə günü prezidentliyə namizəd Yulia Timoşenkonun seçki kampaniyası zamanı “zelyonka”, qaz balonları və bıçaqla silahlanmış bir qrup şəxs polis tərəfindən saxlanılıb. Bundan sonra saxlanılanların tərəfdarları polis bölməsinə hücum ediblər. Bu zaman isə daha 40 nəfər tutulub, 3 polis əməkdaşı yaralanıb.


Saxlanılanların bölmədə döyülməsi faktına görə hüquq-mühafizə orqanının əməkdaşına qarşı cinayət işi açılıb. Məhkəmə həmçinin, ittiham olunan haqda 115 min qriven təzminat, 2 ay müddətinə isə vəzifəsindən kənarlaşdırılma cəzası verib.

Açar sözlər:

Oxunub: 302


Oxşar xəbərlər