Qarabağ qazisi faciəli şəkildə dünyasını dəyişdi


22:13     12 Fevral 2019 19_02_12_1549995262.jpg

II qrup Qarabağ müharibəsi əlili Əliyev Müşfiq Sərdar oğlu faciəli şəkildə həlak olub.


Femida.az teleqraf.com-a istinadən bildirir ki, o, avtomobil qəzasında dünyasını dəyişib.
Müşfiq Əliyev 1969-cu ildə Ağdamda doğulub. Azərbaycanın Milli Qəhrəmanı Fred Asifin batalyonunda erməni işğalçılarına qarşı döyüşüb və yaralanıb. 2-ci qrup Qarabağ əlilidir.

"Qarabağ qaziləri", "Vətən Müharibəsi Əlilləri" ictimai birlikləri, Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov (Fred Asif) adına İnkişaf Fondu Qarabağ qazisinin vaxtsız vəfatından kədərləndiyini bildirir, qazinin ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!

Açar sözlər:

Oxunub: 1840