Pensiya alanlara MÜHÜM XƏBƏR - VİDEO
09:36 13 Fevral 2019
Əmək pensiyalarının ötən ayın artımı ilə birlikdə yaxın günlərdə verilməsinə başlanılacaq. Artıq bununla bağlı texniki işlər aparılır. Ümumilikdə isə bu artım 1 milyon 200 min nəfəri əhatə edəcək.
Femida.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun şöbə müdirinin müavini Eyvaz İsmayılov "Xəzər Xəbər"ə deyib. Onun sözlərinə görə, Dövlət Statistika Komitəsi tərəfindən ötən il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempi 3 faiz müəyyənləşdirilib. Ümumilikdə isə pensiya artımı 1 milyon 200 min nəfəri əhatə edəcək.
Eyvaz İsmayılovun sözlərinə görə, bəzi kateqoriya şəxslər pensiyalarına qulluq stajına görə əlavə alırlar, həmin şəxslərin pensiyaları vaxtı ilə işləmiş olduqları vəzifə maaşı artıqda yenidən hesablanır.
Eyvaz İsmayılov bildirib ki, pensiyalar yaxın günlərdə veriləcək. Hazırda bununla bağlı texniki işlər aparılır.
Oxunub: 1210
Oxşar xəbərlər
- Pensiyalar ödənilir
- Pensiyalar iyulun 15-də tam ödəniləcək
- Pensiyası az olan şəxslərə müavinət təyin olunması barədə qanun imzalanıb
- Pensiyalar sabah tam ödəniləcək
- Pensiya və təqaüd alanlara sevindirici xəbər - Bu qədər arta bilər - VİDEO
- Pensiyalar mayın 13-də tam ödəniləcək
- Pensiyaların tam ödənilməsi aprelin 15-də başa çatacaq
- Pensiya alanlara ŞAD XƏBƏR - 50 manat əlavə olunacaq
- Pensiyalarla bərabər sosial yardımlar da Novruz bayramına qədər ödənəcək
- Pensiyaçılara ödənilən birdəfəlik maddi yardımlar gələcəkdə daimi veriləcək