Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verdi
10:53 13 Fevral 2019
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının İstanbul şəhərinin Çəkməköy səmtində hərbi helikopterin qəzaya uğraması ilə əlaqədar Türkiyənin Milli Müdafiə naziri cənab Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.
Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, başsağlığında bildirilir: “Qardaş Türkiyə Respublikasının İstanbul şəhərinin Çəkməköy səmtində hərbi helikopterin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır.
Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.
Allah rəhmət eləsin”.
Femida.az
Oxunub: 384
Oxşar xəbərlər
- Zakir Həsənov şəhid ailələrinə başsağlığı verib
- Zakir Həsənov Ermənistan tərəfindən törədilə biləcək istənilən təxribatın qarşısının alınması üçün tapşırıqlar verib
- Zakir Həsənov və Sergey Şoyqu arasında telefon danışığı olub
- Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
- Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
- Zakir Həsənov döyüş hazırlığı tədbirləri və təlimlərin artırılması barədə tapşırıq verib
- Zakir Həsənov NATO rəsmilərini sərhəddəki vəziyyət barədə məlumatlandırıb
- Zakir Həsənov Kəlbəcərə gedib, yeni hərbi infrastrukturlara baxış keçirib
- Zakir Həsənov britaniyalı naziri Qarabağdakı vəziyyətlə bağlı məlumatlandırıb
- Zakir Həsənov ordunun şəxsi heyətinə döyüş vasitələrinin tətbiqinə hər an hazır olmağı tapşırıb