Qaz sayğaclarını oğurlayan 3 nəfər saxlanılıb


10:55     13 Fevral 2019 19_02_13_1550040994.jpg

Səbail RPİ-nin 39-cu Polis Bölməsinə fevralın 8-də və 9-da 3 evin girişlərindən qaz sayğaclarının oğurlanması barədə müraciətlər daxil olub.


DİN Mətbuat Xidmətindən Femida.az -a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sayğacları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Cəfərov, Abşeron rayon sakini İ.Əbilov və Ağdam rayon sakini S.Cəfərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 378