ABAD yeni xidmətə başladı - Video


11:12     13 Fevral 2019 2019/02/Capture_1550042025.jpg


ABAD-da (Ailə Biznesinə Asan Dəstək) yeni xidmət fəaliyyətə başlayıb.

Femida.az-ın məlumatına görə, ABAD evlərin divarlarının keramika məhsulları ilə xüsusi incəsənət üslubunda bəzədilməsi xidmətini göstərəcək.

Keramikadan hazırlanan məhsulların eramızdan əvvəl yaranmasına baxmayaraq müasir dövrdə də yaradıcılığı və fərqliliyi sevən insanların qəlblərini fəth etməyə davam edir.

Bu gün keramika sənətinin nümunələri bir çox sahələrdə istifadə olunur və artıq interyer, eksteryerlərin ayrılmaz hissəsinə çevrilib.

Buna səbəb həm keramikadan hazırlanan əsərlərin gözəlliyi, həm də onun temperatur və kimyəvi maddələrə qarşı olan müqavimətidir.

Keramika elektrik keçirmir, oda və aşınmaya davamlıdır.

Qeyd edək ki, 2016-cı ildə yaradılan ABAD kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədilə sosialyönümlü layihələr həyata keçirir. ABAD mərkəzləri tərəfindən dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək verilir.




Femida.az

Açar sözlər:

Oxunub: 591