Şahzadə Salman Kəbənin üstünə çıxdı,qınağa tuş gəldi - VİDEO


11:15     13 Fevral 2019 2019/02/ibn-selman-in-kabe-nin-ustune-cikmasi-tepki-cekti-11736775_348_amp_1550042207.jpg

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın növbəti hərəkəti sərt reaksiyalara səbəb olub.


Femida.az xəbər verir ki, Salman Kəbənin ətrafında davam edən inşaat işlərinə baxmaq üçün Kəbənin damına çıxıb.

Ölkədə bütün nəzarəti ələ aldığı gündən bu yana müasirləşmə çalışmalarına davam edən və ölkə tarixində görülməmiş qərarları həyata keçirən Salmanın Kəbənin üstünə çıxması reaksiyalara səbəb olub. Təvaf sahəsinə böyük bir mühafizə ordusu ilə gələn və bir müddət müsəlmanların ibadətinə mane olan şahzadə ərazidə daha hündür nöqtələr olsa da, məhz Kəbəyə dırmaşıb. Onun bu addımı niyə atdığının səbəbi bilinmir.


Açar sözlər:

Oxunub: 1187