Uşaqları ölkədən çıxarmaq üçün QAYDALAR


14:46     13 Fevral 2019 2019/02/Baby-come-fly-with-me-9fcc17f050cb4209b536dfa4c69eda8d_1550054857.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim etdiyimiz mövzu xaricə gedərkən uşaqların ölkədən çıxarılması ilə bağlıdır.


Qanuna görə, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur.

Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur.

Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.

Femida.az


Açar sözlər: #hüquqi_yardım   #Femida  

Oxunub: 2568