Ağcabədi polisi itkin düşən 58 yaşlı kişini axtarır


15:35     13 Fevral 2019 19_02_13_1550057790.jpg


Ağcabədi rayonunda 58 yaşlı kişi itkin düşüb.

Femida.az-ın Report-a istinadən verdiyi məlumatın görə, hadisə yanvarın 25-də rayonun Boyat kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1961-ci il təvəllüdlü Bəhram Qurban oğlu Qurbanlı yaşadığı ünvandan çıxaraq Bakı şəhəri istiqamətinə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsinə müraciət edilib, araşdırmalar aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 310