Bank işçisinin məhkəməsi başladı - 460 minlik dələduzluq ittihamı
15:55 13 Fevral 2019
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Elmar Məlikovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Femida.az Trend-ə istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası fevralın 20-nə təyin edilib.
İttihama əsasən, E.Məlikov "Bank VTB" (Azərbaycan) ASC-nin əməkdaşı vəzifəsində çalışarkən etibardan sui-istifadə və aldatma yolu ilə Mikayılova Tamilanın əmlakını ələ keçirmək məqsədilə pul verdiyi halda "Accessbank" ASC-də debet kartla şəxsi hesabına ABŞ dolları mədaxil edərək hesabdakı pulu manata dəyişməklə məxaric edib, həmin pulu valyutadəyişmə mətəqəsində ABŞ dollarına dəyişərək yenidən şəxsi hesabına mədaxil etməklə periodik olaraq konvertasiya əməliyyatı həyata keçirib. O, bu yolla zərərçəkmiş şəxsə gündəlik qazanc verəcəyini yalandan vəd edib.
Bu məqsədlə T.Mikayılovadan hissə-hissə olmaqla, ümumilikdə, 280 min manat, Mehman Allahverdiyevdən də eyni üsulla, ümumilikdə, 180 min manat alaraq dələduzluq edib.
Oxunub: 303
Oxşar xəbərlər
- Bankın departament direktoruna qarşı dələduzluq edən şəxsə hökm oxunub
- Bank kartlarından pul oğurlayan “Arsenics” saxlanılıb - VİDEO
- Bank kartlarının nömrələrini istəyənlər tutuldu
- Bank təmsilçiliyi və uşaqların xaricə aparılması üçün etibarnaməni MOBİL TELEFONLA VERMƏK MÜMKÜN OLDU
- Bankın vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edildi - RƏSMİ
- Banklar xüsusi rejim dövründə fəaliyyət göstərəcək
- Bankirin oğlunun ölümü ilə bağlı cinayət işi başlanıb
- Banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
- Bank əməkdaşı iş yerindən 62 min manat mənimsədi
- Bankın keçmiş filial rəhbərinin cinayət işi yenidən araşdırlacaq