İstanbulda daha bir bina uçma təhlükəsi ilə üz-üzədir


17:57     13 Fevral 2019 19_02_13_1550059672.jpg

Türkiyənin İstanbul şəhərində yaşayış binalarının birindən sakinlər təxliyə olunur.


Femida.az Trend-ə istinadən xəbər verir ki, Bahçelievler rayonunda yerləşən binada səhər saatlarında çatlar qeydə alınıb.

Hadisə yerinə xilasedicilər və təcili yardım briqadaları cəlb edilib.

Xatırladaq ki, fevralın 6-ı Kartal rayonunda binanın uçması nəticəsində 21 nəfər həlak olmuşdu.

Femida.az

Açar sözlər:

Oxunub: 322